Qəbul imtahanında ən yüksək balı Fidan TOPLADI AÇIQLAMA

14.03.2025

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələri açıqlanıb. İmtahanda 1 nəfər 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

Modern.az-ın məlumatın görə, imtahanda ən yüksək balı Fidan Babayeva toplayıb.

O, Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisası üzrə 5-cü kurs tələbəsidir.

Fidan Babayeva saytımıza açıqlamasında bildirib ki. imtahana çox yaxşı hazırlaşıb: "Yüksək nəticə əldə edəcəyimi gözləyirdim.Zəhmətimin qarşılığını aldığımı düşünürəm”.

O, hələlik hansı universitetdə oxumağa qərar vermədiyini, lakin magistratura pilləsini kibertəhlükəsizlik ixtisası üzrə xaricdə davam etdirmək istədiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью