Qəbul imtahanlarına qeydiyyat nə vaxt başlayır? RƏSMİ CAVAB

15.04.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdində iştirak etmək üçün qeydiyyat bu həftə başlayır.

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, qeydiyyat aprelin 17-də başlayacaq.

Prosesin mayın 1-dək aparılması nəzərdə tutulub.

İmtahan tarixlərinin yaxın vaxtlarda elan olunacağı gözlənilir.

Qeyd edək ki, qəbul imtahanlarının birinci mərhələsi - buraxılış imtahanları mart 2-də və 9-da keçirilib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью