Qəbuledilməzdir: ABŞ Türkiyəyə açıq şəkildə bildirəcək ki...

19.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

ABŞ Türkiyə hökumətinə açıq şəkildə bildirəcək ki, HƏMAS ilə münasibətləri məqbul hesab etmir.

Publika.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, Qətərdə yerləşən HƏMAS rəhbərliyinin bir hissəsinin Türkiyəyə köçməsi ilə bağlı xəbərlərlə bağlı sualı cavablandırıb və əlavə edib ki, ABŞ HƏMAS-ın bir sıra liderlərinə qarşı ittiham irəli sürüb və Vaşinqton onların ABŞ-a ekstradisiya edilməli olduğuna inanır.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью