Qəçrəşdəki partlayışda xəsarət alan şəxs öldü

12.12.2024

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.

Dekabrın 8-də Quba rayonunun Qəçrəş kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alan şəxs ölüb.

Bakupost.az xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış zamanı xəsarət aıan 68 yaşlı Laçın Ələsgərov bu gün Bakıdakı Yanıq Mərkəzində dünyasını dəyişib.

O, öncə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan Yanıq Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью