Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü

25.07.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qubada 29 yaşlı oğlan restoranda ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 24-ü saat 21 radələrində Qəçrəş qəsəbəsinin ərazisində yerləşən “Alma bağı” restoranında baş verib.

Restoranda 1997-ci il təvəllüdlü Bakı sakini Rəvan Azad oğlu Zamanovun halı qəfil pisləşib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, R.Zamanov ötən il dələduzluq əməlinə görə məhkum edilibmiş.

Faktla bağlı araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью