Qəddafinin həbsdə olan oğlu sərbəst buraxılacaq

17.10.2025

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Livan məhkəməsi Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafinin azadlığa buraxılmasına qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “L’Orient-Le Jour” portalına H.Qəddafinin vəkili açıqlayıb.

Bildirilib ki, o, 11 milyon dollar ödəmək müqabilində sərbəst buraxılacaq.

Xatırladaq ki, 50 yaşlı Hannibal Qəddafi 2015-ci ilin dekabrından Livanda həbsdə idi. O, şiə imamı Musa Sədr, eləcə də onun iki tərəfdaşı jurnalist Abbas Bədrəddin və Şeyx Məhəmməd Yakubun 1978-ci ilin avqustunda Liviyada yoxa çıxması ilə bağlı məlumatları gizlətməkdə ittiham olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью