Qəddafinin oğlu öz həyətində sui qəsd nəticəsində öldürülüb

04.02.2026

Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.

Qəddafinin oğlu öz həyətində sui-qəsd nəticəsində öldürülüb


Liviya keçmiş lideri Muammar Qəddafinin böyük oğlu Səif əl-İslam öz evinin həyətində təşkil olunmuş sui-qəsd nəticəsində öldürülüb.
Oxuməni.az-ın “Al Hadath” telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Qəddafi ailəsinə yaxın mənbələr bildirib.
Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalının məlumatına görə, 53 yaşlı Səif Qəddafi Liviyanın qərbindəki Zintan şəhəri yaxınlığında öldürülüb. Onun öz bağçasında güllələndiyi iddia edilir. Dörd hücum edən şəxs onu ölümcül yaraladıqdan sonra hadisə yerindən qaçıblar.
“Al Jazeera” telekanalı da hadisə barədə məlumat verərək, hadisədən dərhal əvvəl evdəki bütün müşahidə kameralarının sıradan çıxarıldığını iddia edir.
Eyni zamanda, Liviya Milli Birlik Hökumətinin müdafiə nazirliyinə tabe olan 444-cü döyüş briqadası, Qəddafinin oğlunun silahlı toqquşmalar zamanı öldüyünü bildirərək, özlərinin bu hadisəyə heç bir aidiyyəti olmadığını inkar edib.
Milli Birlik Hökumətinin rəsmi orqanları hələlik bu məlumatlara heç bir şərh verməyib.
Muammar Qəddafinin rejimi devrildikdən sonra Səif saxlanılaraq dinc əhaliyə qarşı cinayətlərdə ittiham olunaraq ölüm cəzasına məhkum edilib. 2017-ci ildə onun azad edildiyi məlum olub. 2021-ci ildə Qəddafinin oğlu Liviyanın prezident postuna namizədliyini irəli sürəcəyini elan edib, lakin seçkilər təxirə salınıb.
Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью