Qəddafinin oğlunun cəsədi YOXA ÇIXDI

04.02.2026

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Liviyanın qərbindəki Ez-Zintan şəhərinin xəstəxanası Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin cəsədinin daxil olması barədə məlumatı təkzib edib.

Turkustan.az xəbər verir ki, bu barədə Liviyanın "Al Wasat" portalı məlumat yayıb.

Bundan əlavə, qonşu Əl-Rəcbandakı tibb müəssisəsində də mərhumun harada olması barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, dünən Liviyanın paytaxtı Tripolinin cənubunda Seyf əl-İslam Qəddafinin ölüm xəbəri yayılıb. İlkin məlumatlara görə, o, silahlı qruplar arasında aktiv döyüşlərin getdiyi ərazidə öldürülüb.

"Al-Hadath" telekanalı Qəddafi ailəsinə yaxın mənbələrə istinadla bildirir ki, Seyf əl-İslam öz iqamətgahının yaxınlığındakı bağda olarkən ölümcül yara alıb.

Hadisəni törədən 4 nəfər qaçıb. Eyni zamanda, "Al Jazeera" telekanalı xəbər verir ki, sui-qəsd olunmazdan əvvəl Qəddafinin evindəki bütün videomüşahidə kameraları sıradan çıxarılıb.

Liviya Baş Prokurorluğu ölümün səbəbinin güllə yaraları olduğunu təsdiqləyib. Qəddafinin tərəfdarları rəsmi araşdırma tələb ediblər.

Xatırladaq ki, Seyf əl-İslam Qəddafi 2011-ci ildə öldürülən Liviya lideri Müəmmər Qəddafinin ikinci oğludur. O, 2021-ci ildə prezident seçkilərində iştirak etmək niyyətində olsa da, səsvermə baş tutmayıb. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью