Qəddafinin varisi öldürüldü, yoxsa... Müşaviri və rəsmi agentlik hə , ordu isə yox deyir

04.02.2026

Icma.az, Mia.az saytına istinadən bildirir.

Liviya mediası devrilmiş və amansızlıqla öldürülmüş lider Müəmmər Qəddafinin böyük oğlu Seyf əl-İslam Qəddafiyə sui-qəsd edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Liviyanın rəsmi xəbər agentliyi LANA məlumat yayıb.

Məlumatda Seyf əl-İslam Qəddafinin siyasi komandasının rəhbəri və müşaviri Abdullah Osman Seyf əl-İslam faktını ölümünü təsdiqləyib. Lakin onun necə öldürülməsi barədə ətraflı məlumat verməyib.

Maraqlı burasıdır ki, Liviya Milli Birlik Hökumətinin Müdafiə Nazirliyinə bağlı 444-cü briqada isə müşavirin və dövlət agentliyinin açıqlamasını təkzib edib: "Bölgəyə nəzarət edən briqadan olaraq bizdə belə bir məlumat yoxdur. Hər hansı bu və ya formada insident də olmayıb".

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью