Qədim diyarın DOST Mərkəzi fəaliyyətdədir

20.08.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni fəaliyyətə başlayan mərkəzə vətəndaşlar əsasən pensiya və müavinət məsələləri, sosial xidmətlərə, fəal məşğulluq proqramlarına cəlb edilmə, əlillik və s. məsələlərlə bağlı müraciət ediblər. DOST konsepsiyasına uyğun olaraq onlara müxtəlif sosial istiqamətlər üzrə xidmətlərin “bir pəncərə” prinsipi əsasında, müasir və şəffaf, çevik şəkildə göstərilməsi təmin edilib.

Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş mərkəzdə digər sosial xidmətlərlə yanaşı, əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı üçün göndərişlərin rəsmiləşdirilməsi xidmətləri də göstərilir.164 sosial xidmətin vahid məkanda təqdim edildiyi, 117 işçi və 50 könüllünün çalışdığı mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. Yaxın dövrdə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST-un qəbul şöbələri də yaradılacaq.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью