Qədim gil tabletlər İraqa qaytarıldı

30.06.2025

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə III Ur, Qədim Akkad və Babil dövrlərinə aid iqtisadi, inzibati və dini məzmunlu altı mixi yazılı gil tableti İraqa qaytardı.

Kulis.az xəbər verir ki, tabletlərin təhvil verilməsi mərasimi Mədəniyyət və Turizm nazirinin müavini Gökhan Yazqı ilə İraqın Ankaradakı səfiri Macid Abdulreda Hassan Al-Laçmaninin iştirakı ilə Ankaradakı Cumhuriyyət Muzeyində keçirildi.

Nazir müavini mərasimdə deyib: “İraq rəsmiləri prosesi böyük həssaslıqla izləyib, öz mütəxəssislərinin dəstəyi ilə kömək göstəriblər. Bu gün qaytarılan tabletler qədim Akad, III Ur və qədim Babil dövrlərinə aiddir. Tabletlərin məzmunu, yazı üslubu və istifadə olunan terminologiya Cənubi İraqdakı mərkəzlərlə birbaşa bağlıdır. Bu tabletlər gündəlik əməliyyatlardan tutmuş ruhani siyahılar və qiymətli əşyaların qeydiyyatına qədər çoxsaylı məlumatlar təqdim edən, elmi və mədəni baxımdan unikal sənədlərdir.”

Bununla da qaytarılan mədəniyyət nümunələrinin sayı 97-yə çatıb.

Qeyd edək ki, əsərlərin elmi analiz və tarixçə təsnifatını professor Selim Ferruh Adalı aparıb.

Həyat yoldaşına görə yataq səhnəsini dəyişdirən Xalq artisti kimdir? Özündən 17 yaş kiçik həmkarı ilə eşq yaşayan Xalq artisti kimdir? Azərbaycanda çəkilən ilk cizgi serialının təqdimatı olub
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью