Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yaponiya paleontoloqları 1990-cı illərin sonlarında Kyuşu adasındakı Tsubusuqava formasiyasında (Adzimu bölgəsi) tapılmış üç qədim onurğa sümüyünün yenidən təhlili zamanı elm üçün tamamilə yeni bir giqant salamandra cinsini və növünü müəyyən ediblər. PeerJ elmi jurnalında dərc olunan tədqiqat Asiya amfibiyalarının təkamül salnaməsindəki mühüm bir boşluğu doldurmağa imkan verib.
Alimlərin "Limnospondylus ajimuensis" ("Adzimudan olan göl onurğası") adlandırdıqları bu relikt canlı təxminən 3,5 milyon il əvvəl — Pliosen dövründə regionun şirin su hövzələrində məskunlaşıb. Həmin dövrdə Kyuşu adasının iqlimi müasir dövrlə müqayisədə xeyli isti və rütubətli olub, ərazidə qədim fillər, timsahlar və digər ekzotik faunalar yaşayıb. Kioto Universitetinin mütəxəssislərinin hesablamalarına görə, bu xüsusi amfibiyanın uzunluğu 18 yaşına çatdıqda 1,1 metrə yaxınlaşırıqmış.
Tapıntı ilk dəfə 2001-ci ildə müqayisəli materialların çatışmazlığı səbəbindən şərti olaraq məlum Andrias cinsinə (müasir Yaponiya və Çin giqant salamandraları) aid edilmişdi. Lakin müasir skanlama və vizuallaşdırma texnologiyalarının tətbiqi ilə aparılan son detaylı tədqiqat döş onurğasının mərkəzi hissəsində unikal anatomik strukturu ortaya çıxarıb. Bu xüsusiyyət Gizliqəlsəməlilər (Cryptobranchidae) fəsiləsinin məlum olan beş cinsinin heç birində müşahidə edilmədiyindən, tapıntının müstəqil yeni bir cins kimi təsnif olunmasına əsas verib.
Tədqiqat göstərir ki, Limnospondylus ajimuensis günümüzün Yaponiya salamandralarından (Andrias japonicus) fərqli olaraq, iti və soyuq dağ çaylarında değil, dayaz göllərdə və bataqlıqlarda yaşamağa uyğunlaşıb. Güman edilir ki, bu cins Pliosen və Pleystosen dövrlərinin sərhədində (təxminən 2,6 milyon il əvvəl) baş verən qlobal soyuqlaşma zamanı məhv olub.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ