Icma.az bildirir, Kulis.az portalına istinadən. Qədim Misir tarixinin ən güclü və sirli hökmdarlarından biri olan firon Hatşepsutun heykəllə
Kulis.az xəbər verir ki, yeni akademik araşdırma Hatşepsutun heykəllərinin niyə dağıdıldığı ilə bağlı davam edən siyasi qisas nəzəriyyəsini
Eramızdan əvvəl 1479-1458-ci illər arasında yaşamış Hatşepsut Qədim Misirin 18-ci sülaləsindən olan iki qadın firondan biri idi.
Ölümündən sonra heykəllərinin dağıdılması uzun illər qardaşı oğlu III Tutmosun onu tarixdən silmək cəhdi kimi şərh edilib.
Ancaq Toronto Universitetindən Misirşünas Cun Yi Vonq tərəfindən "Antiquity" jurnalında dərc edilən yeni araşdırmaya görə, bu dağıntı şəxsi və ya siyasi deyil, dövrün dini ənənələri ilə bağlı idi.
Vonq Metropolitan İncəsənət Muzeyinin 1922-1928-ci illər arasında apardığı qazıntılarda ortaya çıxan minlərlə heykəl parçasını araşdırıb.
Heykəllərin üzlərinin qırılmaması və üzərindəki yazıların silinməməsi diqqəti cəlb edib.Vonqun araşdırması Hatşepsutun heykəllərinə olan rəftarın şəxsi intiqam deyil, dini ritual olduğunu aşkar etməklə qədim Misirdə siyasi-dini rituallara baxış bucağını dəyişdirdi.
Lakin Vonq Hatşepsutun ölümündən sonra siyasi təzyiq kampaniyasının hədəfi olduğunu da etiraf edir.