Qədim Misir,Tutanhamonun ölüm maskası və sirli qəbrlər Fironun ölüm maskası özünündürmü? K…
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tutanhamonun ölüm maskası Qədim Misirin ən məşhur artefaktlarından biri hesab olunur. Uzun illərdir bu maska üzərində tədqiqatlar aparılır.
Bununla belə, britaniyalı misirşünas professor Coan Fletçerin son tədqiqatı maska haqqındakı fərziyələri alt-üst edə bilər.
Məsələ burasındadır ki, professor Fletçer və komandası Kral Tutanhamonun ölüm maskası ilə bağlı əvvəllər diqqətdən kənarda qalan bəzi detalları müəyyən edib.
Misir tarixindəki ən simvolik maska uşaqlara və kraliçalara aid idi?
Tutanhamon eramızdan əvvəl 1332-1323-cü illərdə hökmranlıq edib və cəmi 19 yaşında dünyasını dəyişib.
Onun maskası 1922-ci ildə Hovard Karter tərəfindən kəşf edilib və hazırda Qahirədə Misir Muzeyində nümayiş etdirilir .
Maskanı yenidən nəzərdən keçirən Fletçer ölüm maskasının üzərindəki dəlikli qulaq detalının adi firon maskası ilə müqayisədə olduqca qeyri-adi olduğunu müşahidə edib.
Tam oxu
Xəbəri oxu