Qədim türk yurdu Sibir və Tümen xanlıqları | Icma.az
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
XV əsrin 20-ci illərindən sonra möhtəşəm Qızıl Orda dövlətinin parçalanması ilə onun ərazisində müxtəlif xanlıqlar yaranmağa başlayır.
Qərbi Sibir ərazilərində meydana gələn Sibir xanlığı şimalda olan türk dövləti idi, xanlığın paytaxtları Çingi Tura (indiki Tümen) və Qaşlıq şəhərləri, rəsmi dili türk dili, dini İslam olub.
Orta Volqaboyunun Qızıl Ordadan ayrılması nəticəsində Qazan xanlığı təşkil edilir.
Sonra bir-birinin ardınca Böyük Orda xanlığı, Krım xanlığı və ya Krım Yurdu, Qazax xanlığı, Özbək xanlığı meydana çıxır.
Volqa çayının aşağı axınında Həştərxan (Qədim adı Əz-Tarxan) xanlığı, Volqanın aşağı axınından İrtış çayına qədər olan ərazidə Noqay Ordası, Moskva yaxınlığında Qasım xanlığı və nisbətən kiçik uluslar yaranır.
Bu isə bu torpaqlara göz dikənlərin xoşuna gələ bilməzdi, odur ki, bu xanlıqlar mərhələ-mərhələ ruslar tərəfindən işğal edilib.
Sibir xanlığı Qızıl Orda dövlətinin tərkibində olan zaman və müstəqil xanlığa çevrildikdən sonra Çingi-Turada, həm də Sibirin digər ərazilərində hakim təbəqə möhtəşəm məscidlər, saraylar və qala divarları tikdirib və bu işlər xanlıq olandan sonra da davam etdirilib.
Tam oxu
Xəbəri oxu