Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir. Bal və darçın qarışımının bir çox faydası ortaya çıxıb.
Qədim Yunanıstanda dərman kimi istifadə edilən bal və darçın qarışımı immun sistemini gücləndirir. O, həm də təbii antibiotikdir.
Tərkibində çoxlu vitamin və yüksək miqdarda dəmir olan qarışım orqanizmi bakteriya və viruslara qarşı qoruyur, sidik yolları infeksiyasını müalicə edərək, mikrobları öldürür.
Hindistan və Yaponiyada aparılan araşdırmalar müəyyən edib ki, bal və darçın mədədəki qazı aradan qaldırır.
Bu qarışım mədədə turşuluğunun qarşısını alır və ən ağır yeməklərin belə asanlıqla həzminə kömək edir.
Darçın tozu ilə balı qarışdırın və səhər yeməyində çörəklə yeyə bilərsiniz. Bu, pis xolesterolu azaldır və infarktın qarşısını alır.
Darçınlı balın müntəzəm istifadəsi ürək döyüntüsünü nizama salır, ömrü 10 il uzadır.
Yaşlandıqca arteriya və damarlar elastikliyini itirir və tıxanır. Darçınlı bal isə damarları bərpa edir.