Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu misra mərhum şair Qaçay Köçərlinindir. Oğlu Birinci Qarabağ müharibəsində şəhid oldu və özü ölənədək Qədirin səsini yarasının üstünə bağladı.
Bu gün ilahi səsi olan, yaralarımızın üstünü bağlayan səs olan Qədir Rüstəmovun anadan olmasının 90-cı ildönümüdür.
O qədər Ağdam arzusuyla yaşadı ki, doğum günü də görə bilmədiyi Ağdamın zəfər gününə təsadüf etdi. Yəqin ki, bu əvəzsiz sənətkarın 90 illik yubileyi dövlət tərəfindən də yüksək səviyyədə qeyd olunacaq.