Qəfəsdən qaçan şir sahibini yedi

13.05.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İraqda kişi mülkündə saxladığı şirin hücumuna məruz qalıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kufə şəhərində baş verib.

Məlumata görə, 50 yaşlı yerli sakinin evində bir neçə vəhşi heyvan, o cümlədən şir var. Belə ki, qəfəsindən qaçan yırtıcı sahibinə hücum edib. 

Şir kişinin bədəninin bir hissəsini yeyib. Heyvan aqressiya göstərdiyi üçün hadisə yerinə gələn mütəxəssislər ona atəş açıblar. Xəsarət alan heyvan sahibini isə xilas etmək mümkün olmayıb.  

Nəşrin yazdığına görə, bu sahə İraqda qanunla yaxşı tənzimlənmir və brakonyerlər bundan yararlanırlar.

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью