Qəfil alışan avtomobil külə dönüb

23.08.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda minik avtomobili yanıb.
Bizim.Media Report-a istinadən xəbər verir ki, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Mehman Nəsirova məxsus olan VAZ-2105 markalı avtomobil qəfildən alışıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Lakin nəqliyyat vasitəsi tamamilə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. 
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью