Qəfil maşının önünə çıxan piyada qəzaya səbəb oldu ANBAAN VİDEO | Icma.az
Icma.az, Avtosfer saytına istinadən bildirir. Yardımlıda baş vermiş yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan 99-SL-069 dövlət nömrə nişanlı “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq qəzaya uğrayıb.
Kadrlardan göründüyü kimi, yolu təyin olunmamış yerdən keçən piyada dayanmış avtomobilin arxasından qəfil sürücünün hərəkət zolağına çıxır.
Qəzanın qarşısını almaq məqsədilə sürücü anidən sola manevr edir və nəticədə maneəyə çırpılır.
Xoşbəxtlikdən hadisə zamanı nə sürücü, nə də piyada xəsarət alıb.
Qeyd edək ki, piyadalar yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməli, avtobusların və park edilmiş avtomobillərin arxasından qəfil çıxmaqdan çəkinməli, hərəkətə başlamazdan əvvəl ətrafı tam nəzarətə götürməlidirlər.
Həmçinin videodakı kimi, dayanmış nəqliyyat vasitələrinin önündən və arxasından yolu keçmək ağır qəzalara yol aça bilər.
Tam oxu
Xəbəri oxu