Qəfil sağ zolağa keçib şütüyən sürücü baxın necə təhlükə yaratdı 90 VR 103 VİDEO

14.07.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Buzovna-Zaqulba yolunda qayda pozan sürücü anbaan avtomobilin videoregistratoruna düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Hadisə iyulun 11-də saat 08:29 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, 90-VR-103 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o hərəkətdə olduğu zolaqdan qəfil sağa keçib və bu vaxt görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. İzləyicinin sözlərinə görə, sol zolaq boş olsa da qayda pozan sürücü manevr edərək ona təhlükə yaradıb. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью