Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qubada qayda pozan sürücü təhlükəli anlara səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 15-də saat 08:58 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, 10-LU-517 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü sola dönmək üçün hərəkətdə olduğu zolaqdan qəfil ən sol zolağa keçib. Bu zaman həmin zolaqda hərəkət edən “Mercedes” markalı avtomobilə qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü toqquşmadan yayınmaq üçün avtomobili sağa yönəltməyə məcbur olub.
Xatırladaq ki, qanunvericiliyə əsasən, sürücü yerdəyişməzdən əvvəl müvafiq istiqamətdə siqnal verməli, manevrin təhlükəsiz olduğuna əmin olmalı və digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır. Həmçinin sola dönməzdən əvvəl hərəkət hissəsinin həmin istiqamət üçün nəzərdə tutulmuş kənar vəziyyəti tutulmalıdır. Bu isə digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradaraq qəfil zolaq dəyişmək hüququ vermir.
Nərmin
bax.tvhttps://bax.tv/embed/228997.html