Qəfil tormoz verib sola dönən sürücü qəza şəraiti yaratdı VİDEO

22.11.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 99-UT-689 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sola dönəcəyi halda dönmə işığını yandırmayıb. Görüntünü qeydə alan sürücü həmin avtomobilin düzünə gedəcəyini düşünərək onun arxasınca hərəkət edib. O, bu zaman qəfil tormoz verərək anidən sola dönüb. Bu hərəkəti etməklə arxadan gələn sürücülərə təhlükə yaradıb.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilər.

Fərid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью