Qəfil vəziyyətlərə hazır olun XƏBƏRDARLIQ

10.07.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara növbəti dəfə müraciət edib.

Bu barədə "Bakupost"a idarənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yol hərəkəti qaydalarının ən kiçik pozuntusu belə bir anda ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Bu məqsədlə də yol polisi piyadaları hərəkət qaydalarına ciddi əməl etməyə və öz təhlükəsizliklərinə məsuliyyətlə yanaşmağa çağırış edib.

Vurğulanıb ki, təhlükəsiz yollar və yol hərəkəti mədəniyyəti hər birimizin məsuliyyətli davranışından başlayır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью