Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur.
Bu barədə "Bakupost"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd edilib ki, xüsusilə bir elektroskuterdə iki nəfərin hərəkət etməsi, svetoforun qadağanedici siqnalına məhəl qoyulmaması, qəfil və təhlükəli manevrlərin edilməsi, piyadaların hərəkətinə maneə yaradılması ciddi narahatlıq doğurur.
BDYPİ elektroskuter istifadəçilərinə müraciət edərək bildirir ki, hərəkət zamanı yol nişanlarının və svetoforun tələblərinə əməl edilməli, sürət həddi aşılmamalı, piyadaların təhlükəsizliyi mütləq nəzərə alınmalıdır:
"Unutmayaq ki, yol mədəniyyəti yalnız qaydalara əməl etmək deyil, həm də digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaqdır".