Qəfil yol qaçan azyaşlını avtomobil vurdu VİDEO

12.08.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yola qaçan azyaşlını avtomobil vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri ərazidə yerləşən fərqli kameralar tərəfindən qeydə alınıb.

Pesoçnı kəndində 75 yaşlı sürücü idarə etdiyi avtomobillə hərəkətdə olan zaman qəfildən qarşısına  2 yaşlı uşaq çıxıb. Reaksiya verməyə vaxtı olmayan sürücü azyaşlını vurub. Qəza nəticəsində xəsarətlər alan uşaq xəstəxanaya aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilib.

Sözügedən hadisənin videosunu anbaan təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью