Qəhrəman ata zəlzələ zamanı bir göydələndən digərinə tullanaraq ailəsini xilas etdi ANBAAN…
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Myanmada 7,7 bal gücündə zəlzələ zamanı Cənubi Koreyadan olan Kvon Yanq Jun həyat yoldaşı və qızını xilas etmək üçün qəhrəmanlıq edib.
BAKU.WS xəbər verir ki, zəlzələ qəfil başlayanda Kvon ailəsinin olduğu digər binaya tullanaraq keçib.
Koreyalı şəxs 600 fut uzunluğundakı qırıq körpünü keçərkən böyük cəsarət nümayiş etdirib.
Qeyd edək ki, hadisə zamanı Kvon Yanq Jun "Park Origin Thonglor" adlı lüks yaşayış kompleksinin 52-ci mərtəbəsində məşq edib.
Zəlzələ qəfil başlayan zaman özünü itirməyən koreyalı dərhal həyat yoldaşı və qızının olduğu digər binaya keçmək üçün hərəkətə keçib.
Adətən kinolarda rast gəlinən bu olayı yerli sakinlər telefonla lentə alıblar.
Göydələnlərdə qorxulu vəziyyət qeydə alınrkən atanın heç nədən qorxmayaraq tullanması hamını heyrətə salıb.
Tam oxu
Xəbəri oxu