Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. Biz artıq ekstremal vəziyyətlərdə bir yumruq kimi birləşə bilirik.
Belə anlarda peşəkarlarımız önə çıxır. Hiss edirik ki, sinəsini önə verib bizi müdafiə edən dövlətimiz var.
AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atası ilə bağlı paylaşımında - "Ata, sən mənim qəhrəmanımsan", - deyə yazıb.
Əslində atası tək onun deyil, bütün Azərbaycanın qəhrəmanıdır.
O, kənar müdaxiləyə məruz qalan təyyarəni xeyli müddət havada saxlamağı bacarıb, bəlkə də aviasiya tarixində bir ilkə imza ataraq qəzaya uğramış təyyarədəki 30-a yaxın sərnişinin həyatını xilas edə bilib.
Öz həyatı bahasına olsa da... Qəhrəmanlıq daha necə olur ki?
Qəhrəmanlar təkcə müharibələrdə olmur Biz müharibədən yeni çıxmış ölkənin vətəndaşlarıyıq.
Döyüş bölgəsində Vətən üçün canından keçən, ölümün üzərinə mahnı oxuya-oxuya gedən, sıldırım qayalara dırmanaraq şəhərlər azad edən qəhrəmanları görmüşük.