Qəhvə ehtiyatlarının rekord artımı qiymətləri aşağı salıb

25.11.2026

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal bazarda qəhvə ehtiyatlarının kəskin artması Arabica qəhvəsinin qiymətlərinin 2%-dək ucuzlaşmasına səbəb olub.

Banco.az xəbər verir ki, birja anbarlarında qəhvə ehtiyatları gündəlik 19% artaraq 268 min kisəni ötüb. Bu, 1998-ci ildən bəri qeydə alınan ən böyük gündəlik artım hesab olunur.

Qiymətlərin azalmasına əsas səbəb Braziliyada qəhvə istehsalının artması və Avropaya yeni tədarüklərin daxil olmasıdır.

Məlumata görə, təxminən 250 min kisə Arabica qəhvəsi birja ehtiyatlarına daxil edilmək üçün keyfiyyət yoxlamasını gözləyir. Onların təxminən 80%-i ilkin yoxlamadan keçib.

Proqnozlara əsasən, 2026–2027-ci qəhvə mövsümündə qlobal bazarda rekord həcmdə təklif artıqlığı yarana bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью