Qəhvə istehsalı artacaq

02.07.2025

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025/26 mövsümündə qlobal qəhvə istehsalı illik müqayisədə 2,5% artaraq 178,68 milyon kisə rekord həcmə çatacaq.

Sfera.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Kənd Təsərrüfatı Departamentinin Xarici Kənd Təsərrüfatı Xidmətinin (FAS USDA) yeni hesabatında bildirilir.

Qeyd edilib ki, qlobal "Arabica" məhsulu 1,7% azalaraq 97,02 milyon kisə, "Robusta" isə 7,9% artaraq 81,66 milyon kisəyə çatacaq. İstehsalın artması 2025/26 mövsümünün sonunadək qəhvə ehtiyatlarını əvvəlki marketinq ilindən 4,9% artıraraq 22,82 milyon kisəyə yaxınlaşacaq.

Qeyd edək ki, Braziliyanın qəhvə yetişdirən Sao Paulo və Minas Gerais əyalətlərində hava şəraitinin yaxşılaşması ilə bağlı xəbərlər fonunda "Arabica" qiymətləri son 5,5 ayın ən aşağı səviyyəsinə düşüb.

Firuzə Əliyeva

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью