Qəhvə qiymətləri rekord səviyyəyə çatdı

23.10.2025

Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nyu-Yorkda ticarət olunan Arabica qəhvəsinin fyuçers müqavilələri funt başına 4,35 dollara yüksələrək rekord qırıb.

Marja xəbər verir ki, Nyu-Yorkda ticarət olunan Arabica qəhvəsinin fyuçersləri ABŞ-ın gömrük tariflərinin təchizatla bağlı narahatlıqları yenidən gündəmə gətirməsi, bunun supermarketlərdə və kafelərdə qiymət artımı riski yaratması səbəbindən yenidən rekord səviyyəyə çatıb.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Marja xəbər verir ki, Starbucks kimi qəhvəxana şəbəkəsinin üstünlük verdiyi Arabica növünün qiymətləri 3,4%-ə qədər artaraq bir funt üçün 4,35 dollara yüksəlib və rekord qırıb.

Arabica fyuçersləri fevral ayında isə dünyanın ən böyük istehsalçısı olan Braziliyada baş verən qeyri-sabit hava şəraitinin təsirindən narahatlıqların artması ilə 4,30 dollar/funta qədər yüksələrək əvvəlki rekordu yenilənmişdi.

Bu vəziyyət xüsusilə ABŞ vətəndaşları üçün əhəmiyyətli ola bilər, çünki ABŞ-ın qəhvə şirkətləri, Trampın ölkəyə tətbiq etdiyi ağır gömrük rüsumlarının avqust ayında qüvvəyə minməsindən sonra Braziliyalı şirkətlərlə yeni müqavilələri təxirə salır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью