Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qəhvə sevənlər narahat olmasın - içki bədəndən vitamin və mineralları çıxarmır.
Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Aleksandr Burlakov məlumat verib.
Həkimin sözlərinə görə, əksər sağlam böyüklər üçün gündə üç-dörd fincana qədər qəhvə qəbul etmək mineralların itirilməsinə, D vitamininin bloklanmasına və ya anemiya yaranmasına səbəb olmur.
Burlakov əlavə edib ki, kofein həqiqətən kalsium itkisini bir qədər artırır - hər fincana bir neçə milliqram civarında - amma bu, klinik baxımdan əhəmiyyətli deyil.
Ekspert vurğulayıb ki, qəhvənin mülayim istehlakı sağlam insanlar üçün təhlükəsizdir və vitamin-mineral balansına ciddi təsir göstərmir.
Aytəkin TOFİQQIZI