Qəhvə sevənlər bunu mütləq oxusun

23.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəhvə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, onun həddindən artıq qəbulu yuxu rejiminə və sinir sisteminə mənfi təsir göstərə bilər.

Xüsusilə yuxusuzluğu aradan qaldırmaq və yorğunluğu unutmaq üçün qəhvəyə üz tutmaq orqanizmdə əlavə problemlərə yol aça bilər.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, kofein yuxululuq hissini müvəqqəti azaltsa da, orqanizmin istirahət ehtiyacını aradan qaldırmır.

“Russia Today” (“RT”) telekanalının məlumatına görə, bunu “Tkachev Clinics” şəbəkəsinin həmtəsisçisi, həkim nevroloq Aleksandr Tkaçev bildirib.

Onun sözlərinə görə, az yatdıqdan sonra çoxlu qəhvə içmək itirilmiş yuxunun yerini doldurmur:

“Əksinə, həddindən artıq kofein qəbulu gərginlik, əllərdə titrəmə, ürək döyüntüsünün artması və rahatlaşmaqda çətinlik yarada bilər”.

O bildirib ki, kofeinin təsiri səkkiz saata qədər davam edə bilər:

“Bu isə xüsusilə günün ikinci yarısında qəhvə içən insanların yuxuya getməsini çətinləşdirə və yorğunluqla nəticələnən dövrü davam etdirə bilər”.

Həkim əlavə edib ki, kofein bəzi insanlarda qorxu və panikaya bənzər hisslər də yarada bilər:

“Ürək döyüntüsünün sürətlənməsi və əllərin titrəməsi insanda narahatlıq doğuraraq simptomların daha da güclənməsinə səbəb ola bilər. Bu hal xüsusilə panik ataklara meyilli şəxslərdə daha asan müşahidə olunur”.

Aleksandr Tkaçev vurğulayıb ki, bütün insanlar üçün eyni kofein norması müəyyən etmək mümkün deyil:

“Ümumi tövsiyə isə çay, qəhvə və enerji içkiləri daxil olmaqla, bütün mənbələrdən gündəlik kofein qəbulunun 400 milliqramı keçməməsidir. Lakin kofein qəbulundan sonra özünü narahat hiss edən şəxslər bu miqdarı daha da azaltmalıdırlar”.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью