Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qəhvə içdikdən dərhal sonra dişləri təmizləmək fayda vermək əvəzinə, diş minasına bərpaolunmaz zərər vura bilər. Bu vərdiş dişlərin müdafiə qatının aşınmasını sürətləndirir".
Demokrat.az xəbər verir ki, stomatoloq Enn Nquen-Çanq "YahooHealth" portalına müsahibəsində qəhvənin ağız boşluğunda turşuluğu artırdığını bildirib. Onun sözlərinə görə, içkinin tərkibindəki üzvi turşular diş minasını müvəqqəti olaraq yumşaldır. Belə bir vəziyyətdə fırçanın mexaniki təsiri minada mikroçatların yaranmasına, onun nazilməsinə və dişlərin həssaslığının artmasına səbəb olur.
Həkim qeyd edir ki, ən düzgün üsul dişləri qəhvə içməzdən əvvəl fırçalamaqdır. Bu, gecə boyu yığılan bakterial ərp qatını təmizləyir və qəhvə piqmentlərinin dişlərə yapışmasının qarşısını alır. Diş təmizliyi ilə qəhvə qəbulu arasında ən azı 30 dəqiqə fasilə verilməsi tövsiyə olunur. Əgər dişləri əvvəlcədən fırçalamaq mümkün olmayıbsa, qəhvədən sonra ağız boşluğunu sadə su ilə yaxalamaq kifayətdir. Su turşuluğu azaldır və rəngləyici maddələri qismən kənarlaşdırır.
Bundan əlavə, həkim qəhvəni uzun müddətə və qurtum-qurtum içməməyi, şəkərin miqdarını azaltmağı məsləhət görür. Soyuq qəhvə içkilərində isə borucuqdan istifadə etmək diş minası ilə təması minimuma endirir. Diş sağlamlığı üçün su və turşuluğu aşağı olan bitki çayları daha təhlükəsiz alternativ hesab olunur.
Yəni, qəhvə içdikdən sonra dişləri fırçalamaq minanı zəiflədib çürüklərə yol açır, ona görə də ya əvvəl fırçalamalı, ya da sonra sadəcə su ilə yaxalamalısınız.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, stomatoloq Enn Nquen-Çanq "YahooHealth" portalına müsahibəsində qəhvənin ağız boşluğunda turşuluğu artırdığını bildirib. Onun sözlərinə görə, içkinin tərkibindəki üzvi turşular diş minasını müvəqqəti olaraq yumşaldır. Belə bir vəziyyətdə fırçanın mexaniki təsiri minada mikroçatların yaranmasına, onun nazilməsinə və dişlərin həssaslığının artmasına səbəb olur.