Qəhvəni unudun: Dietoloq onun əvəzinə bu içkiləri tövsiyə edir

14.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Çay, xüsusilə qara və yaşıl çay, qəhvənin əlçatan və təhlükəsiz alternativi ola bilər.

Sherg.az xəbər verir ki, bu barədə dietoloq və endokrinoloq Anton Polyakov “aif.ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, çayın tərkibində kofein olduğu üçün o da stimullaşdırıcı təsir göstərir və qəhvədən imtina edənlər üçün uyğun alternativ hesab oluna bilər.

Mütəxəssis xüsusilə antioksidantlarla zəngin olan yaşıl çayı və tonuslandırıcı təsirə malik pu-erh çayını fərqləndirib.

Dietoloq qeyd edib ki, pu-erh seçərkən diqqətli olmaq lazımdır. Çünki bu çayın növləri dadına, tonuslandırıcı təsirinə və istehsal texnologiyasına görə fərqlənir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью