Qəhvənin düzgün istifadəsi

02.12.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Dietoloq Anton Polyakov qəhvənin doğru və təhlükəsiz şəkildə istehlakı üçün vacib olan beş qaydanı açıqlayıb.

Redaktor.az xəbər verir ki, mütəxəssis bunu aif.ru-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, ilk qayda qəhvənin miqdarı və içilmə vaxtı ilə bağlıdır. Polyakov hesab edir ki, qəhvə yalnız səhərlər və gündə bir-iki fincandan artıq olmamaq şərtilə içilməlidir.

Mütəxəssis qəhvə içdikdən sonra mütləq su qəbul etməyi də tövsiyə edib. O izah edib ki, kofein sidikqovucu təsir göstərdiyi üçün orqanizmdə maye itkisini artırır.

Bundan əlavə, dietoloq qəhvəyə süd əlavə etməməyi məsləhət görüb, çünki onun sözlərinə görə, yetişkin insanların böyük hissəsində süd yaxşı mənimsənilmir. Digər əlavələrlə də ifrata varmaq tövsiyə olunmur. Polyakov ən ideal seçimin ən sadə reseptlə hazırlanan içki - məsələn, espressonun olduğunu vurğulayıb.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью