Qələbə Boeing in oldu: Yeni qırıcı F 22 Raptor un yerini tutacaq | Icma.az
Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
F-22 "Raptor"un yerini alacaq yeni nəsil qırıcı üçün ABŞ Hərbi Hava Qüvvələri "Boeing" şirkətini seçib.
Məxfi şəkildə hazırlanan bu layihə, 2030-cu illərdə hava üstünlüyünü təmin etməyi hədəfləyir və innovativ texnologiyaları ilə maraq doğurur.
Qaynarinfo xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri mövcud qırıcılarla bağlı bəzi problemləri həll etmək və gələcəkdə hava üstünlüyünü qorumaq məqsədilə yeni modelin hazırlanması qərarına gəlib.
F-35 proqramının gözlənilən nəticəni verməməsi və F-22-nin texnoloji baxımdan geri qalmağa başlaması bu qərarın əsas səbəbləri kimi göstərilir.
Yeni qırıcı "Yeni Nəsil Hava Hakimiyyəti" (Next Generation Air Dominance – NGAD) proqramı çərçivəsində dizayn ediləcək.
"Boeing" üçün mühüm qələbə ABŞ Müdafiə Nazirliyi gələcəyin qırıcısını dizayn etmək üçün "Boeing" və "Lockheed Martin" arasında seçim etməli idi.
Aparılan geniş qiymətləndirmə prosesindən sonra tender "Boeing"ə verilib.
Tam oxu
Xəbəri oxu