Qol.az saytına istinadən Icma.az xəbər verir.
Qələbə qazanmadan pley-offa yüksəldi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Afrika Millətlər Kubokunda qrup mərhələsi davam edir.
QOL.az xəbər verir ki, Mali yığması qrup mərhələsində heç bir qələbə qazanmadan pley-offa yüksəlib.
Komanda 3-cü turda Komor adaları ilə qarşılaşıb və bərabərliklə başa çatıb – 0:0. Bu nəticə Malinin qrupdan çıxması üçün kifayət edib.
Gərgin mübarizə şəraitində keçən oyunun sonlarına yaxın Mali yığması azlıqda qalıb. Belə ki, 88-ci dəqiqədə Amadu Aydara qırmızı vərəqə alıb. Buna baxmayaraq, “qartallar” lazım olan hesabı qoruyub saxlayaraq qrup mərhələsini 3 xalla (3 heç-heçə) başa vurublar.