“Qələbə qazanmağa gəlmişdik” Abbe Usman

29.05.2026

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Mingəçevir” elitaya vəsiqə uğrunda həlledici oyunda “Qəbələ”yə uduzdu.

Məğlubların yarımmüdafiəçisi Abba Usman oyundan sonra Football-plus.az” ilə danışdı.
- Oyunla bağlı düşüncələrin necədi?
- Qələbə qazanmağa gəlmişdik. Məyus olduq. Məğlub olacağımızı düşünmürdük, lakin... Yenə də xoşbəxtik ki, pley-offa qədər irəlilədik.
- Mövsüm ərzində göstərdiyiniz oyunu necə dəyərləndirərdin?
- Mövsümün başlanğıcında bizim bir neçə problem və çatışmazlıqlarımız var idi. Lakin sonradan işlər yoluna düşdü. Pley-offda məğlub olsaq da, bura qədər gəldiyimiz üçün sevinirəm.
İSRAYIL XEYRULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью