Qələbə qazansam, Dağıstanda qoyun kəsəcəm

24.06.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən UFC turnirinin rəsmi media günündə səhnəyə çıxan ulduz döyüşçü Şara Bullet (Şarabutdin Maqomedov) mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, idmançı rəqibinin atmacalarından uşaqlıq xəyallarına qədər bir çox maraqlı məqama toxunub. Ulduz döyüşçünün media mənsubları ilə birbaşa dialoqunu təqdim edirik:

- Sizin rəqibiniz qeyd etdi ki, sizi güclü tərəf kimi görmür. Bu barədə ne deyə bilərsiz?

"Mən buna sevinirəm, ümid edirəm ikimiz də ən yaxşı tərəfimizi göstərəcəyik."

- İlk dəfədir ki, döyüşə qızlarınızı da gətirmisiniz. Onlar zalda olacaq, yoxsa televizor qarşısında?

"Onlar da həyəcanlıdırlar, onlar televizorda baxacaqlar"

- Şara futbol azarkeşidir, o, Dünya Çempionatında kimə azarkeşlik edir və o, futbolçu olsa, hansı mövqedə çıxış etmək istəyərdi?

"Hal-hazırda Dünya Çempionatına baxıram. Mənim ilk idman növüm futbol idi, futbolçu olmaq istəyirdim və hücumçu olmaq istəyərdim."

- Qələbə qazansanız, necə qeyd edəcəksiniz?

"Qələbəni qazansam, dağlara gedəcəm ailəmlə birlikdə, Dağıstanda qoyun kəsəcəm, aktiv olacam."

- Səni sevənlər sənin güləşinin zəif olduğunu düşünür, bu barədə nə düşünürsən?

"Zərbələr üzərində çox işləyirəm, sadəcə düşünürəm ki, insanlara daha çox maraqlı oyun lazımdır, şou göstərmək lazımdır. 15 dəqiqə ərzində insanların neqativ düşüncələrinə yer vermək istəmirəm."

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью