Qələbə qolunu Juninyo vurdu Video

04.04.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Amerikada Libertadores Kubokunun qrup mərhələsinə start verilib.

QOL.az xəbər verir ki, Braziliyanın “Flamenqo” komandası ill turda səfərdə Venesuela təmsilçisi “Deportivo Taçira” ilə qarşılaşıb. 

Braziliya klubu 1:0 hesabı ilə qələbə qazanıb. 

Hazırda “Flamenqo”da oynayan “Qarabağ”ın “sabiq hücumçusu Juninyo ehtiyat heyətdə yer alıb. O, 56-cı dəqiqədə Mayklın əvəzinə oyuna daxil olub, cəmi 1 dəqiqə sonra - 57-ci dəqiqədə matçdakı yeganə qolu vurub.

Juninyo matçın ən yaxşı oyunçusu seçilib və xüsusi mükafata layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью