Qələbə qolunu vuran Bəhlul Qarabağ dan gedir?

23.01.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda “Ayntraxt”la (3:2) matçda qələbə qolunu vuran “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə klubdan ayrıla bilər. 

Modern.az xəbər verir ki, müdafiəçinin Çin klubundan təklif aldığı barədə xəbərlər səngimək bilmir. 

Hətta futbolçunun özünün asiyalılarla anlaşdığı deyilir. Keçid üçün isə yalnız klubun razılığı qalıb. 

“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl  açıqlamasında bu məlumatı təkzib etməyib: “Bəli, bəzi futbolçularımıza təkliflər var. Onların içində israrla oyunçularımızı istəyənlər də olub. Lakin hələlik biz “Liverpul”la oyuna köklənmişik. Yalnız bundan sonra məsələ barədə danışa bilərik. İstəmirik ki, futbolçularımızın oyunqabağı fikri yayınsın”. 
Görünən odur ki, adı bəlli olmayan Çin klubu Bəhlulun transferində israrlıdır. 

Qeyd edək ki, bu barədə ilk xəbəri Sportinfo.az saytı yayıb. (Mənbə: Qafqazinfo)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью