Qələbə qolunu vurub, Anri ilə qeyd edib

21.03.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

CONCACAF Millətlər Liqasında finalçılar bəlli olub.

İdman.biz xəbər verir ki, yarımfinalda Panama ABŞ-yə (1:0), Meksika isə Kanadaya (2:0) qalib gəlib.

90+4-cü dəqiqədə qələbə qolunu vuran Panama millisinin futbolçusu Sesilio Uoterman sevincini meydanın kənarında şərhçi qismində oyunu izləyən əfsanəvi Tyerri Anri ilə qeyd edib.

Meksikanın heyətində isə "Fulhem"li Raul Ximenes dubl edib.

Qeyd edək ki, Panama və Meksika millilərinin qarşılaşacağı final matçı Kaliforniyanın (ABŞ) İnqlevud şəhərindəki "SoFi Stadium"da keçiriləcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью