Icma.az bildirir, Azvision portalına istinadən.
27 noyabr 2026-cı il tarixində Sumqayıt şəhər Olimpiya İdman Kompleksində keçirilən Qocyu-Ryu üslubu üzrə 30-cu Açıq Respublika Çempionatı və Birinciliyində Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının qazandığı möhtəşəm nəticə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Karate Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda hərbi təhsil müəssisəsinin təmsilçiləri 7 qızıl, 7 gümüş və 8 bürünc olmaqla, ümumilikdə 22 medal qazanıblar.
Bu nəticə sadəcə idman nailiyyəti deyil. Bu, nizam-intizamın, fiziki hazırlığın, iradənin və ardıcıl zəhmətin qələbəsidir. Hər medalın arxasında məşqlərə sərf olunan vaxt, çətinliklər qarşısında möhkəm dayanmaq, öz gücünə inanmaq və qələbə əzmini qorumaq dayanır.
Heydər Əliyev adına Hərbi İnstitutun missiyası yalnız peşəkar hərbi biliklərə yiyələnmiş gələcək zabitlər yetişdirməklə məhdudlaşmır. Burada Vətənə bağlılıq, dövlətçilik düşüncəsi, yüksək mənəvi keyfiyyətlər, fiziki dözümlülük, liderlik və məsuliyyət hissi də formalaşdırılır. Çünki əsl zabit həm biliyi, həm mənəvi dəyərləri, həm də iradəsi ilə seçilməlidir.
Bu təhsil ocağının rəhbəri, cənab general-mayor Ümüdvar Quliyevin Vətən müharibəsində göstərdiyi şücaət, Vətənə sədaqəti və döyüş yolu bu gün də rəhbərlik etdiyi hərbi təhsil müəssisəsinin ruhunda, fəaliyyətində və yetişdirdiyi gənc nəsildə öz əksini tapır. Onun keçdiyi şərəfli xidmət yolu kursantlar üçün Vətənə bağlılığın, cəsarətin və zabit məsuliyyətinin canlı nümunəsidir. Döyüş meydanında nümayiş etdirilən hünərin bu gün gələcəyin zabitlərinin yetişdirilməsində mənəvi gücə çevrilməsi xüsusi dəyər daşıyır.
İnstitutun kursantlarının idmanın müxtəlif növlərində, elmi və intellektual yarışlarda, beynəlxalq tədbirlərdə, eləcə də hərbi hazırlıq istiqamətlərində nümayiş etdirdikləri fəallıq bu hərtərəfli inkişafın göstəricisidir. Onların hər bir uğuru Azərbaycan Ordusunun gələcək zabit potensialına, milli ruhda yetişən gəncliyə və hərbi təhsilimizin inkişafına verilən töhfədir.
Bu gün Azərbaycan oğulları Vətənə sevgilərini müxtəlif sahələrdə nümayiş etdirirlər. Biri elmi fəaliyyəti, digəri idman uğurları, bir başqası hərbi bilik və bacarıqları ilə ölkəmizin adını ucaldır. Fəaliyyət istiqamətləri fərqli olsa da, onları birləşdirən amal dəyişməzdir: Azərbaycan dövlətinə sədaqətlə xidmət etmək, milli qüruru qorumaq və Vətənə layiqli övlad olmaq!
Bu nailiyyətlərin arxasında hərbi təhsil müəssisəsində yaradılan sağlam inkişaf mühiti, məqsədyönlü fəaliyyət və rəhbərliyin diqqəti mühüm yer tutur. Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru, cənab general-mayor Gündüz Əbdülovun rəhbərliyi ilə hərbi təhsilin keyfiyyətinin yüksəldilməsi, kursantların intellektual, fiziki və mənəvi hazırlığının gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər xüsusi qeyd olunmalıdır. Müasir hərbi təhsil yanaşmalarının milli-mənəvi dəyərlərlə uzlaşdırılması, sağlam rəqabət və təşəbbüskarlıq mühitinin təşviqi gələcəyin zabitlərinin formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Heydər Əliyev adına Hərbi İnstitutun rektoru, cənab general-mayor Ümüdvar Quliyev başda olmaqla, kursantların yetişməsində əməyi olan professor-müəllim heyətini, məşqçiləri və bütün şəxsi heyəti bu münasibətlə ürəkdən təbrik edirəm.
22 medal – 22 sevindirici nəticə, yüzlərlə məşqin, saysız zəhmətin və vahid qələbə amalının təzahürü!
İnanıram ki, bu gənclər sabah hərbi geyimdə Azərbaycan dövlətinin təhlükəsizliyinin keşiyində dayandıqları kimi, bu gün də idman meydanlarında göstərdikləri iradə və əzmlə xalqımızın qürur mənbəyinə çevriləcəklər.
Vətənə xidmətin meydanı dəyişə bilər, Vətənə sədaqət dəyişməz! Qoy qələbə ruhu daim yaşasın, Azərbaycan oğullarının hünəri və uğurları ölkəmizin adını hər zaman ucaltsın!
Günay Miri
Gənc müəllim, publisist
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bu nəticə sadəcə idman nailiyyəti deyil. Bu, nizam-intizamın, fiziki hazırlığın, iradənin və ardıcıl zəhmətin qələbəsidir. Hər medalın arxasında məşqlərə sərf olunan vaxt, çətinliklər qarşısında möhkəm dayanmaq, öz gücünə inanmaq və qələbə əzmini qorumaq dayanır.