Qələbələr həftəsi 3 oyun, 8 qol və artan reytinq xalları

10.07.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycanın üç klubu avrokuboklarda mövsümə start verib.

“Sabah” Çempionlar Liqasında, “Qarabağ” Avropa Liqasında, “Zirə” isə Konfrans Liqasında I təsnifat mərhələsində ilk oyununu keçirib. Hər üç kollektiv qələbə ilə yarışlara başlayıb.

“Sabah” Uelsin TNS (2:0), “Qarabağ” İslandiyanın “Vestri” (3:0), “Zirə” isə Gürcüstanın “Torpedo” komandasına (2:0) qalib gəlib.

Üç klub ümumilikdə 8 qol vurub və qapısında top görməyib.

Qələbələr Azərbaycanın UEFA reytinqindəki xallarını da artırıb. Hər qalibiyyət 0.250 əmsalla dəyərləndirilib.

Növbəti həftə “Neftçi” də mübarizəyə qoşulacaq. Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv “Dinamo Minsk” (Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün güclüsü ilə qarşılaşacaq. Bu komandaların ilk oyununda makedonlar qələbəyə sevinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью