Qələbələrin daim olsun, Can Azərbaycan Çavuşoğlu

08.11.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Türkiyənin sabiq xarici işlər naziri, Böyük Millət Məclisinin (TBMM) üzvü Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Axar.az xəbər verir ki, Çavuşoğlu X sosial şəbəkə hesabında Azərbaycanın Qarabağı işğaldan azad etməsini qabardıb.

"Qarabağı işğaldan azad edərək tarixi bir dastan yazan Can Azərbaycanın şanlı qələbəsinin 6-cı ildönümü mübarək olsun!

Bu böyük qələbənin qəhrəmanlarını hörmət və minnətdarlıqla salamlayır, əziz şəhidlərimizi rəhmətlə anırıq.

Qələbələrin daim olsun, şanlı bayrağın azad torpaqlarında əbədi dalğalansın, Can Azərbaycan!" – o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью