Qələbəli start “Sabah”ın uğurlu debütü

08.07.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sabah” Çempionlar Liqasına qələbə ilə başladı. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uels təmsilçisi TNS-ə iki cavabsız qolla qalib gəldi.

Cütün taleyini böyük ölçüdə həll edən “Bayquşlar” “Müqəddəslər”ə qol şansı vermədi. Müdafiədə etibarlı oynayan və hücumda effektiv çıxış edən “Sabah” daha bir neçə qol imkanı yaratsa da, son zərbələr uğursuz alındı.

Ötən mövsüm çempion olan heyətə ilin ilk matçında da güvənən Dambrauskas yanılmadı. Hər iki hissədə üstün futbol oynayan “futuristlər” birinci yarıda qapanan TNS-in müdafiəsini yarmaqda çətinlik çəksə də, fasilədən sonra vurduğu iki qolla cavab oyunu öncəsi işini asanlaşdırdı.

“Sabah”ın səfərdə üstünlüyünü əldən verməyi inandırıcı görünmür. Sürpriz olmazsa, komanda tarixində ilk dəfə mübarizə apardığı Çempionlar Liqasında II təsnifata yüksələcək. Burdakı rəqib isə böyük ehtimalla Finlandiyanın “KuPS” komandası olacaq. Finlər I mərhələnin ilk oyununda səfərdə Şimali Makedoniya təmsilçisi “Vardar”a 2:0 hesabıyla qalib gəlib və doğma divarlar arasında da qələbə qazanmaq ehtimalı olduqca yüksəkdir.

“KuPS” TNS səviyyəsində komanda deyil, lakin “Sabah” II təsnifatı da keçmək potensialındadır.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью