Qələbəni 28 saniyəyə təmin etdi

19.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov növbəti sınağına çıxıb. 

QOL.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

İdmançı "Rizin" turnirində Yaponiya təmsilçisi Kazumasa Majima ilə qüvvəsini sınayıb.

Qarşılaşma Yaponiyanın Naqoya şəhərində keçirilib. 70 kq çəkidə mübarizə aparan Vüqara qələbə üçün cəmi 28 saniyə kifayət edib. Bu qələbə ona kəmər uğrunda döyüşə vəsiqə qazanmaq şansı verib.

Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsindəki 8 döyüşdə 6-cı qələbəsini qazanıb.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью