Qələbəni qeyd etmək üçün Moskvaya gedirəm Fitso

15.03.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Slovakiyanın Baş naziri Robert Fitso Qələbə Günü şənliklərində iştirak etmək üçün yenidən Moskvaya səfər etməyə hazır olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, müvafiq açıqlamanı partiyasının “YouTube” kanalında yayımlanan videoda verib.

“9 maydakı kimi, mən də Moskvada faşizm üzərində qələbənin qeyd edilməsində iştirak edəcəyəm”, – deyə o bildirib.

Siyasətçi həmçinin İkinci Dünya Müharibəsi ilə bağlı digər anım tədbirlərində iştirak etmək niyyətində olduğunu qeyd edib. Xüsusilə, o, 1944-cü ildə Fransanın Normandiya şəhərinə eniş edən əsgərlərə təşəkkür etmək üçün 6 iyunda keçiriləcək mərasimdə iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, 2025-ci ilin may ayında FitsoQələbə Gününün qeyd olunmasına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskvaya getmişdi.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью