Shownews portalından alınan məlumata görə, Icma.az xəbər verir.
11 -13 aprel tarixində Azərbaycan Kikboksinq Federasiyası və Xüsusi Təyinatlı İdman Klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil edilən açıq çempionatda iştirak edən, peşəkar idmanla məşğul olan Borcəli Omar Rəşad yarışdan qələbə ilə ayrılıb.
Borcəli Omar çempionatda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların xüsusi təyinatlıları adından iştirak edib.
O, öz qələbəsini Daxili Qoşunların Vətən müharibəsində şəhid olan 66 xüsusi təyinatlısına ithaf edib.
O, bu yarışın təşkilində, bu çətin qələbəni əldə etməsində indiyə qədər iştirakı və əməyi keçənlərə təşəkkür məktubu ünvanlayıb.
Öncə onu vurğulayaq ki, olduqca əlamətdar gün münasibətilə keçirilən yarış həm də ölkəmizdə idmanın inkişafının bariz nümunələrindən biridir.
700-dən çox yarışçının qatılması yarışın əhəmiyyətindən xəbər verir.
Bu baxımdan təşkilati məsələlərin də yüksək səviyyədə həllində, gənclərin idmana olan həvəsinin artmasında, bacarıqlarını inkişaf və nümayiş etdirməsində Kikboksinq Federasiyasının xüsusi rolu var.